"İnvest-Az"ın maliyyə durumu: Gəlir və xərcləri nə qədərdir?

  • 15 İyul, 2019 16:22

"İnvest-Az investisiya Şirkəti" QSC 31 dekabr 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" xəbəör verir ki, sözügedən dövrə şirkətin cəmi aktivləri 11 mln. 502 min 968 manat olub. Bu isə 2017-ci ilin sonu ilə müqayisədə 1,7 dəfə çoxdur.

Şirkətin aktivlərinin tərkibində cəmi cari aktivlər 10 mln. 700 min 246 manat, cəmi uzunmüddətli aktivlər isə 802 min 722 manat təşkil edir.

İnvestisiya şirkətinin cəmi öhdəlikləri 1 il ərzində 1,6 dəfə artaraq 9 mln. 247 min 993 manat olub.

"İnvest-Az investisiya Şirkəti"nin cəmi kapitalı da 2 dəfəyə yaxın (1,93 dəfə) artaraq 2 mln. 254 min 975 manata çatıb.

Şirkətin ötən il ərzində cəmi gəlirləri 3 mln. 909 min manat, cəmi xərcləri isə 3 mln. 62 min 862 manat olub. Əməliyyat mənfəəti 846 min 140 manat olan şirkətin məzənnə fərqindən xalis gəlirləri 2,5 min manat olub. 194 min 293 manat mənfəət vergisi ödəyən investisiya şirkəti ötən ili 654 min 347 manat xalis mənfəətlə başa vurub.