"Invest-AZ" 1,5 mln. dollar cəlb edib

  • 8 Oktyabr, 2018 10:30

“Invest-AZ İnvestisiya Şirkəti” QSC 1,5 mln. cəlb edib.

“Finans.az” Palata yanında Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, şirkətin faizli, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi başa çatıb. Belə ki, “Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1 500 ədəd (1,5 mln. dollarlıq) istiqrazlarının yerləşdirilməsi 19 sentyabr tarixində tamamlanıb.

Xatırladaq ki, “Invest-AZ İnvestisiya Şirkəti” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. Şirkətin səhmlərinin 60%-i Elşən Qalib oğlu Quliyevə, 40%-i isə Ceyhun Akif oğlu Abdullayevə məxsusdur.