"Intel" 5G modemlərinin istehsalından imtina etdi

  • 17 Aprel, 2019 16:50

“Apple” və “Qualcomm” məhkəmə çəkişmələrinə son qoymaq və sülh sazişi haqda razılaşdıqdan cəmi bir neçə saat sonra “İntel” korporasiyası 5G modemlərinin buraxılmasından imtina etdi.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətlər arasında əldə olunan razılaşma “Apple” məhsullarının dünya üzrə satışlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına imkan verəcək. Kupertinolu şirkət həmdə “Qualcomm”a məbləği açıqlanmayan həcmdə konpensasiya ödəməyə razılıq verib.

Xatırladaq ki, iki şirkət arasında çəkişmələr 2017-ci ildə “Apple” korporasiyasının patentlərdən istifadə üçün yüksək lisenziya haqqlarından dolayı “Qualcomm”u məhkəmə verməsindən başladı.