“İnstagram”ın fəaliyyətində problemlər yaranıb

  • 16 iyul, 2020 09:32
“İnstagram”ın fəaliyyətində problemlər yaranıb

Bir sıra ölkələrdə “İnstagram” sosial şəbəkəsinin fəaliyyətində problemlər yaranıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" servisi xəbər verir.

Şikayətçilərin 66%-i xəbər lentinə baxışla, 18%-i paylaşımla, 15%-i hesaba daxil olma ilə bağlı problem yaşayırlar.

Sosial şəbəkənin fəaliyyətindən ən çox ABŞ, Böyük Britaniya, İspaniya, İtaliya, Avstraliya, Braziliya, Peru, Kolumbiya və Rusiyadan olan istifadəçilər şikayətlənirlər.