"Instagram"da yenilik: Paylaşımı kimlərin bəyəndiyi gizli olacaq

  • 19 Aprel, 2019 15:58

"Instagram"ın son yenilənməsi ilə tətbiqdə dəyişiklər ola bilər.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, dəyişikliyin paylaşımların bəyənilmə hissəsi ilə bağlı olduğu iddia edilir.

Belə ki, "Instagram"da paylaşımı kimlərin bəyəndiyini yalnız profil sahibləri görə biləcək. Başqalarının fotolarını kimlərin bəyəndiyini görməyin mümkün olmayacağı yeniliyin hazırda sınaq mərhələsində olduğu deyilir.