“Instagram”a yeni funksiya əlavə edildi

  • 7 Fevral, 2020 17:07
“Instagram”a yeni funksiya əlavə edildi

“Instagram” sosial şəbəkəsi tətbiqinin “abunələr” bölməsinə xüsusi kateqoriyalar əlavə edilib.

“Finans.az” xəbər verir ki, bu barədə məlumatı “Instagram”ın baş direktoru Adam Mosseri “Twitter” səhifəsində yayıb.

Yeni dəyişiklik özündə iki əlavəni ehtiva edir: paylaşım lentində ən çox göstərilən profillər və istifadəçinin ən az əlaqədə olduğu hesablar.

Məlumata görə, yeni dəyişiklik sosial şəbəkəyə reklamlara baxış sayını artırmağa yol açacaq.

İstifadəçilər isə maraqsız paylaşımları az görməyə başlayacaqlar və lenti çevirməyə davam edəcəklər.


Mənbə: report.az