İnam Kərimov və Xalid Əhədova yeni səlahiyyət verildi - SƏRƏNCAM

  • 10 İyun, 2019 17:48
İnam Kərimov və Xalid Əhədova yeni səlahiyyət verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Finans.az" xəbər verir ki, sərəncama əsasən, aşağıdakı şəxslər “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvləri təyin ediliblər.

İnam KərimovAzərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Xalid ƏhədovAzərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi.