IMF-yə olan 25 ölkənin borcunun ödənilməsinə dəstək veriləcək

  • 14 Aprel, 2020 10:15
IMF-yə olan 25 ölkənin borcunun ödənilməsinə dəstək veriləcək

“Fəlakətlərin Təsirinin Məhdudlaşdırılması və Borcların Azaldılması” fondu (CCRT) koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 25 üzv ölkəyə təcili borc verəcək.

"Finans.az” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) prezidenti Kristalina Georgieva bildirib.

Onun sözlərinə görə, söhbət Əfqanıstan, Benin, Burkina Faso, Mərkəzi Afrika, Çad, Komor, Demokrtatik Konqo, Qambiya, Qvineya, Qvineya-Bisau, Haiti, Liberiya, Madaqaskar, Malavi, Mali, Mozambik, Nepal, Niger, Ruanda, Sao Tome-Prinsip, Sierra Leone, Solomon Adaları, Tacikistan, Toqo və Yəməndən gedir. Məqsəd həmin ölkələrin IMF-ə olan borclarını ödəməsidir.

Bunun üçün yaxın 6 ay ərzində 500 milyon ABŞ dolları məbləğində vəsait ayrılacaq. Əvəzində həmin ölkələr öz imkanlarını virusla mübarizəyə sərf edəcək.


Mənbə: report.az