IMF: Gürcüstan iqtisadiyyatı 5% azalacaq

  • 16 Sentyabr, 2020 11:40
IMF: Gürcüstan iqtisadiyyatı 5% azalacaq

Beynəlxalq Valyuta Fondu (IMF) Gürcüstanda iqtisadi artımla bağlı builki proqnozunu yeniləyib.

“Finans.az” xəbər verir ki, yeni proqnoza əsasən, qonşu ölkənin iqtisadiyyatında 5% azalma gözlənilir.

Fond bu ilin aprel ayında Gürcüstanda iqtisadi kiçilmənin 4% səviyyəsində olacağını bildirmişdi.

IMF-dən qeyd olunub ki, iqtisadi tənəzzül koronavirus pandemiyasının yaratdığı qeyri-müəyyənliklər fonunda baş verəcək.


Mənbə: report.az