IMF FED-in bu qərarını dəstəklədi

  • 11 Fevral, 2019 10:21
IMF FED-in bu qərarını dəstəklədi

Beynəlxalq Valyuta Fondunun (IMF) yeni baş iqtisadçısı Gita Gopinath FED-in "artımı dayandırma" qərarının dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-a müsbət təsir göstərəcəyini vurğulayıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Gita Gopinath-in sözlərinə görə, FED-in faiz artımlarını dayandırması iqtisadiyyata olduqca böyük müsbət təsir göstərəcək: "FED-in bu yanaşmasını dəstəkləyirik".

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) yanvar ayında gözlənildiyi kimi uçot faiz dərəcəsini sabit saxlamış və yeni faiz artımı üçün "səbirli" olacaqları ilə bağlı siqnal vermişdi.

Qeyd edək ki, FED-in iki günlük Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında uçot faiz dərəcəsi 2.25-2.5% arasında saxlanılmışdı.