IMF Azərbaycanda işsizliyin azalacağını proqnozlaşdırır

  • 7 Aprel, 2021 12:19
IMF Azərbaycanda işsizliyin azalacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu (IMF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək.

"Finans.azn Fondun "World Economıc Outlook" hesabatının aprel buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.

Qeyd edək ki, 2021-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 252 500 nəfər olub, onlardan 4 876 600 nəfərini məşğul əhali təşkil edib. Bu, sözügedən tarixə işsizliyin 7,2% səviyyəsində olması deməkdir.


Mənbə: apa.az