İlon Mask dələduzluqda ittiham olunur

  • 28 Sentyabr, 2018 10:44
İlon Mask dələduzluqda ittiham olunur

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası "Tesla”nın yaradıcısı İlon Maska qarşı Manxetten əyalət məhkəməsində iddia qaldırıb.

"Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, milyarder avqustda “Twitter” vasitəsilə şirkətin səhmlərini almaq niyyətində olduğunu bəyan etməklə bağlı dələduzluqda ittiham olunur.

Tənzimləyicinin nümayəndələri əmindir ki, Maskın bəyanatları yalan olub. Komissiyanın məlumatlarına görə, Teslanın təsisçisi satış şərtlərini nə müzakirə, nə də təsdiq etməyib və bununla da investorlara ziyan vurub. Buna görə tənzimləyici cərimə ilə yanaşı, Maska birjada səhmləri ticarət olunan şirkətlərə rəhbərlik etməyi qadağan etmək istəyir.

Mask məhkəmə iddiasını əsassız adlandıraraq Komissiyanın hərəkətlərinin onu olduqca məyus etdiyini bəyab edib.

Qeyd edək, Mask avqustda sosial şəbəkə üzərindən şirkətin səhmlərini hər birinə 420 ABŞ dolları ödəməklə geri almaq niyyətində olduğunu bildirib, sonradan fikrindən daşınıb.