Bu kosmik turizm şirkəti fəzaya ilk uçuşunu edib - VİDEO

  • 14 Dekabr, 2018 14:16
Bu kosmik turizm şirkəti fəzaya ilk uçuşunu edib - VİDEO

Ötən gün "Virgin Galactic" ilk dəfə kosmosa çıxmağı bacarıb.

"Finans.az" xəbər verir ki, Richard Bransonun məşhur kosmik şirkəti "Virgin Galactic" " VSS Unity " markalı kosmik aparat uçuşunu gerçəkləşdirib.

82 km yüksəkliyə uçan şirkət işçiləri bu anları görüntüləyib. İlk kosmik turizm şirkəti olan "Virgin Galactic"in SEO-su Richard Branson bu cür kosmik turist gəzintilərinə start verəcəyini açıqlayıb. Artıq 1000-dən çox insan gəzinti üçün qeydiyyatdan keçib.

Qeyd edək ki, gəzintilərə növbəti ildən start veriləcək.