İlk “Hyperloop” tuneli bu tarixdə istifadəyə veriləcək

  • 27 Oktyabr, 2018 10:50
İlk “Hyperloop” tuneli bu tarixdə istifadəyə veriləcək

İlon Mask “Hyperloop” sürətli nəqliyyat vasitəsi üçün ilk vakuum tunelinin dekabrın 10-da işə salınacağını bildirib.

"Finans.az" xəbər verir ki, İlon Mask bu barədə özünün “Twitter” səhifəsində yazıb.

Tunelin açılışı münasibətilə bayram tədbirləri keçiriləcək.

Qeyd edək ki, test tuneli “SpaceX” raket istehsalı kompaniyasının Kaliforniyanın Hotorn şəhərində yerləşən ərazisində tikilib.