İlin sonunadək Neft Emalı Zavodunda yeni Bitum istehsalı qurğusu istismara veriləcək

  • 19 Sentyabr, 2018 14:31
İlin sonunadək Neft Emalı Zavodunda yeni Bitum istehsalı qurğusu istismara veriləcək

SOCAR-ın biznes portfelini şaxələndirmək, hər hansı bir sahə və ya məhsuldan asılılığı minimuma endirmək məqsədi ilə 2008-ci ildən etibarən müxtəlif sahələrə yatırdığı investisiyalar artıq öz bəhrəsini verməkdədir.

“Finans.az”ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 20 sentyabr -Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı münasibəti ilə SOCAR-da təşkil edilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycan və İtaliya Prezidentlərinin iştirakı ilə “SOCAR Polimer” kompleksinə daxil olan polipropilen zavodu istismara verilib: “İlin sonunadək həmin kompleksin digər zavodunun, həmçinin Karbamid zavodunun, Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni Bitum istehsalı qurğusunun istismara verilməsi planlaşdırılır”.

R. Abdullayev qeyd edib ki, İzmirdə “STAR” Neft Emalı Zavodunun inşası tamamlanmaq üzrədir: “Bakıda HeydərƏliyev adına NEZ-də, Sumqayıtda “Azərikimya” İB-də aparılan modernizasiya işləri uğurla gedir. Bütün bunlar deməyə əsas verir ki,SOCAR artıq regionun neft-qaz şirkətləri arasında layiqli yerini tutub, digər qruplarla rəqabət aparmaqla beynəlxalq enerji bazarlarına inamla daxil olub. Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya və İsveçrədə aktivlərimiz böyüyür, genişlənir, Azərbaycanın gücünü, qüdrətini artırır”.