İlin sonuna qədər tikinti üzrə bir pəncərə elektron sistemi tətbiq edilə bilər

  • 30 Avqust, 2019 12:23
İlin sonuna qədər tikinti üzrə bir pəncərə elektron sistemi tətbiq edilə bilər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin sonuna qədər bütün tikinti növləri üzrə bir pəncərə elektron sistemi tətbiq etməyi planlaşdırır.

"Finans.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Bakı şəhərində “Bir pəncərə” prinsipi üzrə icazələrin verilməsi ilə tanışlıq məqsədilə press-turda bildirib.

Onun sözlərinə görə, gələcəkdə tətbiq ediləcək sistemlərin sxemi hazırlanır.


Mənbə: az.trend.az