İlin sonuna qədər Azərbaycana gələcək turistlərin sayı 12%-dək artacaq

  • 4 İyun, 2019 12:22
İlin sonuna qədər Azərbaycana gələcək turistlərin sayı 12%-dək artacaq

İlin sonuna qədər Azərbaycana gələcək turistlərin sayında artımın 8-12% olacağı gözlənilir.

"Finans.az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu artımın Çin, Asiya ölkələri və İsraildən olacağı gözlənilir.

Xatirladaq ki, ötən il ölkəyə 2 milyon 850 min turist gəlib. Aparılan hesablamalara görə, bu turistlər Azərbaycanda 2 milyard dollara yaxın pul xərcləyiblər.


Mənbə: report.az