4 ay ərzində 436 ədəd minik avtomobili istehsal olunub

  • 18 May, 2019 15:01
4 ay ərzində 436 ədəd minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-aprel ərzində ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 milyon manatlıq məhsul istehsal edilib.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7%, maşın və avadanlıqların istehsalı 12,1% artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,2% azalıb.

Dövr ərzində 451 ədəd traktor, 436 ədəd minik avtomobili istehsal olunub, fəvvarə armaturunun istehsalı 53,7%, ştanqlı quyu nasoslarının istehsalı 30,2% artıb.