İlin əvvəlindən 368 milyon dollar dəyərində neft məhsulları ixrac edib

  • 15 Noyabr, 2019 15:53
İlin əvvəlindən 368 milyon dollar dəyərində neft məhsulları ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 768,293 min neft məhsulları ixrac edib.

“Finans.az” xəbər verir ki, bu həcmdə neft məhsullarının dəyəri 368,115 milyon ABŞ dolları təşkil edib.

10 ay ərzində ixrac edilmiş neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,2%, dəyəri isə 19,9% az olub.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,2% təşkil edib.


Mənbə: report.az