İlham Əliyev: “TAP-ın rəsmi açılışı ola bilsin ki, bir neçə həftənin işidir”

  • 22 Oktyabr, 2020 15:25
İlham Əliyev: “TAP-ın rəsmi açılışı ola bilsin ki, bir neçə həftənin işidir”

“Trans-Adriatik Boru Kəməri (TAP) ilə bağlı hər şey qrafikə uyğun gedir”.

"Finans.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.

“TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb”, - deyə o, qeyd edib.


Mənbə: report.az