İdarə rəisi:"Vergi rejiminin dəyişdirilməsində əsas məqsəd sahibkarın fəaliyyətinin dəstəklənməsidir"

  • 17 Dekabr, 2019 13:12
İdarə rəisi:

Gələn ilin yanvarın 1-dən qüvvəyə minən dəyişikliyə görə, Azərbaycandakı sənaye parklarındakı rezidentlərə verilən vergi güzəştlərinin müddəti 7 ildən 10 ilə qədər artırılıb.

"Finans.az" xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

S.Musayevanın sözlərinə görə, vergi rejiminin dəyişdirilməsində əsas məqsəd sahibkarın fəaliyyətinin dəstəklənməsi və onun şəffaf şəkildə fəaliyyət göstərməsinə şərait yaratmaqdır: "Əgər qanunvericilikdə hər hansı tələb qoyulursa, dövlət çalışır ki, bu sahibkarın üzərinə əlavə yük olmasın".

Nazirlik rəsmisi deyib ki, fərdi mənzillərin satılması ilə bağlı güzəşt müddəti 5 ildən 3 ilə endirilib: "Əgər bu vaxta qədər fərdi mənzillərdə satış zamanı qeydiyyat müddəti minimum 5 il idisə, bu rəqəm 2020-ci il yanvarın 1-dən 3 ilə endirilib".


Mənbə: report.az