İctimai iaşə dövriyyəmiz 3,5% artıb

  • 18 May, 2019 12:11
İctimai iaşə dövriyyəmiz 3,5% artıb

2019-cu ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,5% artaraq 415,4 milyon manat olub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,8%-i hüquqi şəxs statuslu müəssisələrin, 59,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% artaraq 167,3 milyon manat olub.