İctimai iaşə dövriyyəmiz 3,5% artıb

  • 16 Mart, 2019 12:27
İctimai iaşə dövriyyəmiz 3,5% artıb

2019-cu ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,5% artaraq 202,3 milyon manat olub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,2%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 80,9 milyon manat olub.