"İcraçı Kredit Agentliyi" BOKT-un kredit portfeli kiçilib - HESABAT

  • 8 May, 2019 09:05

BOKT "İcraçı Kredit Agentliyi" MMC 31 dekabr 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, kredit təşkilatının ötən il üzrə cəmi aktivləri 2 mln. 619 min 545 manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% çoxdur.

"İcraçı Kredit Agentliyi"nin kredit portfeli 1 il ərzində 4,05% azalaraq ötən ilin sonunda 1 mln. 903 min 624 manat olub.

ÖHDƏLİKLƏRİ ARTIB.

Kredit təşkilatının cəmi öhdəlikləri isə 2,9 dəfə artaraq 292 min 608 manat təşkil edib.

2017-ci ilin eyni dövrü ilə müqayisədə "İcraçı Kredit Agentliyi"nin cəmi kapitalında cüzi artım müşahidə olunub. Belə ki, şirkətin cəmi kapitalı 0,17% artaraq 2 mln. 326 min 937 manata qalxıb.

MƏNFƏƏTDƏDİR.

2018-ci ilin yanvar-dekabr aylarında kredit təşkilatının xalis faiz gəlirləri 44 min 397 manat təşkil edib. Təşkilat kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatlarını 76 min 428 manat azaldıb və xalis faiz gəlirləri 120 min 825 manata çatıb. Mənfəətindən 71 min 19 manat vergi ödəyən "İcraçı Kredit Agentliyi" ötən ili 7 min 642 manat xalis mənfəət ilə bitirib.

Qeyd edək ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə yaradılıb və 2002-2012-ci illər müddətində “İcraçı Kredit Agentliyi” MMC BOKT Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış 04 oktyabr 1999-cu il tarixli Kredit Sazişinə müvafiq olaraq “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi” layihəsinin “Kənd Yerlərinin Maliyyələşdirilməsi Komponenti” icrası ilə bağlı agent xidmətləri göstərmişdir.

BOKT-un səhmdarları 68,5% payla 12 fiziki şəxs, 31,31% -9 kredit ittifaqı və 0,19% -Azərbaycan Kredit İttifaqları Assosiasiyasıdır.