İcbari tibbi sığortanın tətbiqi ilə bağlı hansı problemlər var?

  • 7 Noyabr, 2018 17:53
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı hansı problemlər var?

İcbari tibbi sığortanı niyə 2019-cu ildən tətbiq etmək mümkün olmadı?

"Finans.az" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov rəsmi "facebook" hesabında yazıb. Ekspert icbari tibbi sığortanın 2019-cu ildən tətbiq olunmayacağının gözlənilən olduğunu deyib:

İqtisadçı-ekspert Vüqar Bayramov

Çünki, hələlik dövlət xəstəxanaları tam olaraq icbari tibbi sığortanın tətbiqinə hazır deyil. Bu sığorta növünün tətbiqi üçün qeyri-leqal məşğulluğun minimumlaşdırılmasına, sığorta şirkətləri ilə hospitalların münasibətlərinin tənzimlənməsinə ehtiyac var. Sığorta paketlərinin məbləği, ödənişin işçi və işə götürən arasında necə bölüşdürülməsi kimi məsələlər də açıq qalıb. Buna görə də, gələn il sizin əmək haqqınızdan icbari tibii sığorta ayırması tutulmayacaq.