İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı

  • 9 Aprel, 2020 16:38
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı

Prezident İlham Əliyev "Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında" sərəncam imzalayıb.

"Finans.az"ın xəbərinə görə, sərəncamla koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb.


Mənbə: report.az