İcbari sığorta bazarı artıb - Azərbaycanda

  • 29 İyun, 2020 10:26
İcbari sığorta bazarı artıb - Azərbaycanda

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 113 552,7 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "Finans.az"a verilən məlumata görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 26 053 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 6,5% artıb, ödənişlər isə 12,4% azalıb.

Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 15,8% artaraq 26 992,5 min manat, ödənişlər isə 15,6% azalaraq 811,8 min manat təşkil edib.

Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 86 560,2 min manat sığorta haqqı yığılıb, 25 241,2 min manat həcmində ödəniş edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4% artım və 12,3% azalma deməkdir.