I rübdə “Petkim”ə 109 mln. lirə investisiya qoyulub

  • 10 May, 2019 18:20
I rübdə “Petkim”ə 109 mln. lirə investisiya qoyulub

Bu ilin I rübündə Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksinə 109 mln. Türkiyə lirəsi məbləğində investisiya yatırılıb.

“Finans.az” xəbər verir ki, bu il həyata keçiriləcək investisiyalar fabriklərin modernizasiyası, texnoloji inkişaf, enerji səmərəliliyi və ətraf mühitlə bağlı sərmayələrdir.

Kompleksdə 788,289 min ton məhsul istehsal olunub.Hesabat dövründə satış miqdarı 597,545 min ton təşkil edib.

Bu ilin I rübündə “Petkim”də istehsalın həcmi ötən ilin müvafiq dövründən 16%, satış miqdarı isə 27% artıb.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub.


Mənbə: report.az