“Hyundai” və “KIA” 189 min avtomobili geri çağırır

  • 15 Sentyabr, 2020 12:57
“Hyundai” və “KIA” 189 min avtomobili geri çağırır

Cənubi Koreyanın avtomobil nəhəngləri “Hyundai” və “KIA” şirkətləri 189 min avtomobili geri çağırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, tədbir 2019-2021-ci model ilinə aid 180 min ədəd “Hyundai Tucson” və 2019-cü model ilinə aid 9 min ədəd “Kia Stinger” avtomobilinə şamil edilir. Geri çağırma əyləc sisteminin hidravlik elektron idarəetmə blokunun nasazlığı ilə əlaqədar mühərrik bölməsində yanğının yaranması ehtimalı ilə bağlıdır.