"Huawei" yeni model smartdonunu təqdim etdi - QİYMƏT

  • 14 Mart, 2019 15:52

"Huawei Nova 4e" Çində təşkil edilən tədbirdə rəsmi olaraq təqdim olunub.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, qlobal bazara "Huawei P30 Lite" olaraq çıxması gözlənilən "Huawei Nova 4e"nin xüsusiyyətləri və qiyməti açıqlandı.

Belə ki, yeni model 6.15 düym ölçüsündə Full HD + keyfiyyətli LCD ekrana sahibdir. "Kirin 710" prosessoru ilə təchiz olunan "Huawei Nova 4e" 4 GB və 6 GB RAM operativ yaddaş seçimləri və 128 GB daxili syaddaş sahəsi ilə təqdim edilir. Smartfon arxa tərəfdə 24+8+2 MP olmaqla 3 kamera, ön tərəfdə isə 32 MP olmaqla bir kamera yerləşir.

Android 9.0 Pie əməliyyat sistemində çalışan smartfona 3340 mAh batareya quraşdırılıb. Ağ, qara və mavi olmaqla 3 rəngdə təklif olunan "Huawei Nova 4e"nin 4/128 GB versiyası təxminən 298 dolar, 6/128 GB versiyası isə təxminən 342 dollara satışa təqdim edilir.