"Huawei"yə qarşı sanksiyalar "Samsung"un gəlirlərini azalda bilər

  • 4 İyul, 2019 11:23

Ticarət müharibələri və "Huawei"yə qarşı sanksiyalar "Samsung"un gəlirlərini azalda bilər.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, analitiklərin sözlərinə görə, Cənubi Koreya mərkəzli texnologiya şirkəti mənfəətinin yarıdan çox hissəsini itirə bilər. "Refinitiv SmartEstimate" adlı analitika şirkəti "Samsung"un rüblük 5,14 milyard dollar əməliyyat mənfəəti əldə edəcəyini proqnozlaşdırıb ki, bu da ötən il ilə müqayisədə 60% azalma deməkdir. Həmçinin, rüblük mənfəətin son 3 ildə ən aşağı həddə düşəcəyi gözlənilir.

Gəlirlərin azalmasına səbəb isə şirkətin sanksiyalarla bağlı "Huawei"yə çip satışlarının aşağı düşməsidir. Həmçinin bir digər səbəb çip qiymətlərində olan ucuzıaşmalardır. Qeyd edək ki, "Samsung" əlavə gəlirlərinin 60%-dən çoxunu çip satışlarından əldə edir.