“Huawei” və “Samsung”un patent “müharibəsi” bitdi

  • 15 May, 2019 12:48
“Huawei” və “Samsung”un patent “müharibəsi” bitdi

Çinin smartfon istehsalçısı “Huawei” və Cənubi Koreya şirkəti “Samsung” uzun illərdi aralarında olan patent çəkişməsinə son qoyublar.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, texnoloji nəhənglər hər iki tərəfin patentlərinin çarpaz şəkildə istifadəsi üçün əsas olacaq razılaşma əldə ediblər. Sövdələşmənin detalları açıqlanmasa da tərəflər qarşılıqlı ittihamların geri götürülməsi üzrə işlərə start veriblər.