"Huawei Nova 4" modeli bu tarixdə təqdim olunacaq

  • 6 Dekabr, 2018 15:46

İnsayderlər "Huawei" şirkətinin yeni flaqman smartfonu olan Nova 4-ün fotolarını yayıb.

"Finans.az" xəbər verir ki, cihazın qiyməti 400 dollardan başlayacaq.

Fotolardan görmək olur ki, smartfon bənövşəyi-mavi qradient rəngə sahibdir. Smartfon genişformatlı ekran ilə təchiz olunacaq və smartfonun yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə olacaq. Arxa paneldə isə üçlü arxa kamera, "LED" işıqlandırma sistemi, barmaq izi skanı texnologiyası və şirkət loqosu yerləşir. Cihaz 4100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Qeyd edək ki, smartfonun rəsmi təqdimatı 17 dekabr tarixində baş tutacaq.