“Huawei” ikinci rübdə smartfon satışında “Samsung”u keçdi - İLK DƏFƏ

  • 30 İyul, 2020 10:45
“Huawei” ikinci rübdə smartfon satışında “Samsung”u keçdi - İLK DƏFƏ

Çinin telekommunikasiya şirkəti “Huawei” cari ilin ikinci rübündə son 9 ildə ilk dəfə olaraq “Samsung”u geridə qoyaraq mobil cihazların qlobal satışında lider oldu.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, hesabat dövründə Çin şirkəti 55,8 milyon mobil cihaz tədarük edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 5% azdır. Eyni dövrdə “Samsung”un satışları 30% azalaraq 53,7 milyon smartfon təşkil edib.

Qeyd edilir ki, “Huawei”in xarici bazarlara tədarükü ikinci rübdə 27% azalsa da, daxili bazarda 8%-lik artım qeydə alınıb. Şirkətin smartfon satışlarının 70%-i məhz Çin bazarının payına düşür.