“Huawei” bu gün yeni cihazlarını tanıdacaq: "Mate 30", "Huawei TV", "Watch GT 2"

  • 19 Sentyabr, 2019 11:39
“Huawei” bu gün yeni cihazlarını tanıdacaq:

Çinin telekommunikasiya şirkəti “Huawei” bu gün təşkil olunan tədbirdə yeni "Mate 30" smartfonlarını təqdim edəcək.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, sızdırılan fotoşəkillərə əsasən yeni smartfon modelinin mekranında üz tanıma texnologiyası, arxa hissəsində isə uzun zamandır haqqında danışılan dairəvi kamera dizaynı yer alıb.

Картинки по запросу huawei Mate 30

Tədbirdə "Mate 30" ilə bərabər "Watch GT 2" ağıllı saatı, "MediaPad M6" tablet və "Huawei TV"nin də tanıdılacağı gözlənilir.

Təqdim ediləcək digər modellərə nəzər salsaq deyə bilərik ki, "Watch GT 2" ağıllı saatı 1.39 düym və 1.2 düymlük AMOLED ekrana sahib iki alternativə malik olacaq. Hər iki cihaz, "Huawei" tərəfindən IFA 2019-da təqdim olunan Kirin A1 prosessoru ilə təchiz ediləcək. İki saat arasındakı fərq isə kiçik versiyada mikrofonun olmamasıdır.

Картинки по запросу Watch GT 2

"Watch GT 2" ilə bərabər "Huawei" yeni ağıllı biləkliyini də nümayiş etdirə bilər. Fitness əsaslı biləklikdə GPS, hərəkət sensoru, geomaqnit sensor, hava təzyiqi sensoru və optik ürək atış sürəti sensoru istifadə edilir.

Saat və biləkliklərdə "HarmonyOS" əməliyyat sistemindən istifadə olunacağı güman edilir.

Sızdırılan məlumatlara görə tədbirdə "Huawei TV" modeli də təqdim ediləcək. "HarmonyOS" əməliyyat sistemi ilə gələcək olan televiziyada, görüntülü video zəngə imkan verən bir kamera da yerləşdirilib. Televiziyanın xüsusiyyətləri və ölçüsü haqqında daha çox məlumat hələlik mövcud deyil.

Картинки по запросу Huawei TV

Son olaraq, tanıdılacaq "MediaPad M6" tabletinin 10.8 düymlük bir Android tablet olduğu iddia olunur. Qeyd edək ki, bu model artıq Çində satılır və yalnız Avropada yeni satışlara başlayacaq.