"Huawei" ABŞ sanksiyaları şəraitində biznes aparmağa hazırdır

  • 23 Avqust, 2019 15:10

Çinin telekommunikasiya şirkəti "Huawei" ABŞ-ın sanksiyalarına baxmayaraq öz biznesini davam etdirməyə hazırdır.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin şirkətinin rəsmi nümayəndəsi Erik Syuy bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfindən şirkətə qarşı məhdudiyyətlərin tətbiqi daha əvvəl gözlənildiyi qədər ciddi zərər vurmayıb. Beləliklə də şirkət sanksiyalar altında işini davam etdirməyə tam şəkildə hazırdır.

Qeyd edək ki, bazar ertəsi ABŞ ticarət naziri Uilbor Ros ABŞ şirkətlərinin "Huawei Technologies Ltd" ilə iş aparmaq üçün lisenziyalarının müddətinin daha 90 gün uzadıldığını bəyan etdi.