"HP"nin mənfəəti 29% azalıb

  • 23 Avqust, 2019 12:45

ABŞ-ın "HP Inc" şirkəti 2018-2019-cu maliyyə ilinin 9 ayının nəticələrinə görə 2,764 milyard ABŞ dolları həcmində xalis mənfəət əldə edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 29% azdır.

Hesabat dövründə şirkətin məcmu gəlirləri 0,5% artaraq 43,349 milyard dollar təşkil edib.