Hövsandakı sosial evlərin təklif olunacağı vaxt açıqlandı - VİDEO

  • 18 İyun, 2019 14:50
Hövsandakı sosial evlərin təklif olunacağı vaxt açıqlandı - VİDEO

Xəzər sahilindən cəmi 2 km məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.

"Finans.az" Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) istinadən xəbər verir ki, gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır.

11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək. Kompleksin tikintisinin hazırki vəziyyəti ilə bağlı hazırlanmış video-çarxı diqqətinizə təqdim edirik.