Hövsanda su kəsiləcək

  • 23 Oktyabr, 2020 14:49
Hövsanda su kəsiləcək

Bu gün Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Bu barədə "Finans.az"a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, məhdudiyyət magistral su xəttində baş vermiş qəza ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


Mənbə: report.az