"Holcim"in rəhbərliyində dəyişikliklər olacaq - Səhmdarları toplanır

  • 25 Yanvar, 2019 09:00

"Holcim" (Azərbaycan) ASC səhmdarlarının İllik Ümumi Yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 2019-cu il aprel ayının 24-də səhər saat 10:00-da Bakı şəhəri, AZ 1065, İzmir küçəsi, 1033 ünvanında yerləşən "Hyatt Regency" Hotelin Görüş və Konfrans Mərkəzində yerləşən Quba zalında keçiriləcək.

Yığıncağın gündəliyi belə olacaq:

1. "Holcim" (Azərbaycan) ASC səhmdarlarının İllik Ümumi Yığıncağının sədrinin seçilməsi,

2. Müşahidə Şurasının üzvlüyündə dəyişikliklərin təsdiq edilməsi,

3. Təftiş Komissiyasında dəyişikliklərin edilməsi,

4. "Holcim" (Azərbaycan) ASC-nin 2018-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiq edilməsi.