"Holcim Azərbaycan"ın aktivləri azalıb - HESABAT

  • 7 İyun, 2019 10:22

"Holcim Azərbaycan" ASC 2018-ci il üzrə hesabatını açıqlayıb.

"Finans.az" xəbər verir ki, sözügedən dövrə şirkətin aktivləri 308 mln. 386 manat təşkil edib. Bu isə 2017-ci il ilə müqayisədə 4% azdır. Şirkətin uzunmüddətli aktivləri 279 mln. 700 min manat, qısamüddətli aktivləri isə 28 mln. 686 min manat təşkil edib.

"Holcim Azərbaycan"ın cəmi öhdəlikləri 178 mln. 391 min manat olub ki, bu da 2017-ci il ilə müqayisədə 10% azdır.

Şirkətin cəmi kapitalı isə 1 il ərzində 7 mln. 67 min və ya 5,8% artaraq 2018-ci ilə 129 mln. 995 min manat təşkil edib.

"Holcim Azərbaycan"ın ötən il ərzində gəlirləri 116 mln. 332 min manat, satışının maya dəyəri isə 64 mln. 133 min manat olub. Vergidən əvvəlki mənfəəti 11 mln. 471 min manat olan şirkət mənfəətindən 4 mln. 404 min manat vergi ödəyib və nəticədə ili 7 mln. 67 min manat xalis mənfəətlə başa vurub. Bu isə 2017-ci il ilə müqayisədə 4 dəfə çoxdur.