Heydər Əliyev prospektinin bu hissəsi bağlanacaq

  • 20 Sentyabr, 2019 15:27
Heydər Əliyev prospektinin bu hissəsi bağlanacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər aparılacaq. Bununla əlaqədar olaraq sözügedən hissədə nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə "Finans.az"a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir və alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyə edir.