Nağdsız ödənişə 50 manat qazandıran lotoreyanın 2-ci tirajı - TARİX AÇIQLANDI

  • 19 Mart, 2019 17:41
Nağdsız ödənişə 50 manat qazandıran lotoreyanın 2-ci tirajı - TARİX AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankında cari ilin 15 mart tarixində rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə bütün ölkə əhalisini əhatə edən “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılıb.

Tirajın keçirildiyi dövrdə Azərbaycan Republikası ərazisində emissiya edilmiş, korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla, bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq lotereya iştirakçısına çevrilərək, hər bir əməliyyata bir şans qazanıblar.

Tiraj Mərkəzi Bankda yaradılmış kənar təşkilatların nümayəndələrindən ibarət Tiraj Komissiyasının nəzarəti altında oynanılmışdır. Ümumilikdə tiraj dövrü olan fevral ayında lotereya şərtlərinə uyğun olan 274 617 ödəniş kartı ilə aparılmış 1 069 712 əməliyyat iştirak ediblər.

Lotereyanın uduş fondu birinci tiraj üzrə 600 qalibin hər birinə 50 (əlli) AZN təşkil etmişdir. Uduş haqda kart istifadəçilərinin banklar tərəfindən məlumatlandırılması və vəsaitlərin kart balanslarına əlavə olunması ən qısa zamanda həyata keçiriləcək.

2-ci tirajın uduş fondu 12 aprel 2019-cu il tarixində (tiraj 01.03.2019-dan 31.03.2019-a qədər olan dövrü əhatə edir), 3-cü tirajın uduş fondu 15 may 2019-cu il tarixində oynanılacaq (tiraj 01.04.2019-dan 30.04.2019-a qədər olan dövrü əhatə edir).

Qaliblərin siyahısı ilə Mərkəzi Bankın veb saytında tanış olmaq olar: https://www.cbar.az/page-133/stimullasdirici-lotereya