Həmkarlar ittifaqı “Ford”u dilə tuta bilmədi - 1 500 işçi ixtisar ediləcək

  • 6 İyun, 2019 15:20
Həmkarlar ittifaqı “Ford”u dilə tuta bilmədi -  1 500 işçi ixtisar ediləcək

ABŞ-ın “Ford” avtomobile konserni həmkarlar ittifaqı ilə aparılan danışıqlara baxmayaraq Cənubi Uelsdə yerlşən iki zavodunu 2020-ci ilin sentyabr ayında bağlayaraq 1,5 min işçini ixtisar etməyi planlaşdırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Britaniyanın “Unite the Union” həmkarlar ittifaqı bildirib. Qurum avtomobil istehsalçısının bu addımını iqtisadi satqınlıq aktı adlandırıb.

Xatırladaq ki, “Ford” Böyük Britaniyada istehsalata son qoymaq istəyən ilk avtomobil istehsalçısı deyil. Daha əvvəl “Honda” və “Nissan” avtomobile konsernləri də bu ölkədəki zavodlarını bağlamaq haqda planlarını açıqlayıb.