Havadan zülal istehsal edən startapa $12 milyon maya qoyulub

  • 12 aprel, 2021 15:55
Havadan zülal istehsal edən startapa $12 milyon maya qoyulub

“Solar Foods” startapı finlandiyanın iqlim fondundan 10 milyon avro (11,98 milyon ABŞ dolları) həcmində investisiya cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu vəsait şirkətin “Solein” adlı məhsulunun sənaye istehsalının tezləşdirilməsinə yönəldiləcək. Şirkət bu vaxta kimi 35 milyon avro (41,6 milyon dollar) cəlb edib.

“Solar Foods” Finlandiya əsilli startapdır və havadan zülal almaqla məşğuldur. Həmin zülal bir çox qida məhsulları, o cümlədən alternativ zülallar üçün inqrediyent ola bilər. Onun istehsalı zamanı ətraf mühitə təsir ənənəvi zülallarla müqayisədə xeyli azdır.