Hansı qurum “Bakutel” sərgisində stend işlərinə 400 min manat xərcləyəcək?

  • 8 Noyabr, 2018 10:01
Hansı qurum “Bakutel” sərgisində stend işlərinə 400 min manat xərcləyəcək?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC ilə “Great Trade” MMC arasında müqavilə imzalanıb.

“Finans.az” xəbər verir ki, müqaviləyə görə şirkət dövlət qurumunun “Bakutel-2018” beynəlxalq sərgi və konfransında iştirak etmək üçün Baku Ekspo Mərkəzində xüsusi dizayna uyğun olaraq stendin hazırlanması, müxtəlif reklam işlərinin görülməsi, stendin montajı, videovall monitorlarının, işıqlandırma və səsləndirmə sisteminin quraşdırılması, sərgidən sonra stendlərin demontajı və daşınması xidmətini həyata keçirəcək.

Müqavilənin dəyəri 399 min 350 manatdır.