Hansı bankların kapitalı risk altındadır?

  • 13 May, 2019 14:02
Hansı bankların kapitalı risk altındadır?

"Finans.az" 31 mart 2019-cu il tarixinə bankların kapital adekvatlığı əmsalını araşdırıb.

Bankların kapital adekvatlığı əmsalı əsas risk göstəricilərindən biri olub, bankın məcmu kapitalının onun riskli aktivləri qarşısında dayanıqlığını göstərir. Bu hədd Mərkəzi Bank tərəfindən minimum 10% olaraq qəbul olunub. Yəni, bir bankın kapitalı onun risk ölçülü aktivlərinin 10%-dən az olmamalıdır. Bu əmsalın yüksək olması bankın kapitalının onun riskli aktivlərə qarşı daha çox dayanıqlı olmasını, az olması isə tam əksini - bu dayanıqlığın pozulduğunu göstərir.

Kapital adekvatlığının hesablanması qaydası Mərkəzi Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda geniş izah olunub. Qısaca desək, bu əmsal tutulmalardan sonra bankın məcmu kapitalının risk ölçülü aktivlərinə faiz nisbəti kimi hesablanır.

Onu da qeyd edək ki, "kapitalın strukturu və adekvatlığı hesabatı" mühüm hesabatlardan biri hesab olunur və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən digər hesabatlarla bərabər dərc olunması tələb olunur.

HƏMÇİNİN BAX: İri bankların kapital tələbi sərtləşdirilir

Artıq bankların aidiyyəti şəxslərə verilmiş kreditləri kapital adekvatlığının hesablanmasında nəzərə alınmayacaq

Kapital adekvatlığı əmsalına görə bankların ardıcıllığı isə belədir:

Bank Kapital adekvatlığı əmsalı (%)
Pakistan milli bankının Bakı filialı 246,50
Naxçıvanbank 144,86
Bank Avrasiya 63,69
AFB Bank 43,78
VTB Bank Azərbaycan 38,32
Beynəlxalq Bank 33,89
Gunay Bank 30,62
Rabitəbank 26,00
Ziraat Bankı 25,84
Nikoil Bank 23,40
Expressbank 23,00
Azər Türk Bank 22,79
NBC Bank 21,19
Bank BTB 21,05
Kapital Bank 16,78
Turanbank 16,10
ASB Bank 15,11
Atabank 14,80
Xalq Bank 14,69
Premium Bank 14,50
AccessBank 14,05
Muğanbank 13,18
Paşa Bank 12,60
Bank Respublika 10,92
AGBank 10,11
Unibank 10,05
Bank of Baku 6,57
Amrahbank 6,18