Hakerlər İlon Mask, Bill Geyts və Ceff Bezosun "Twitter" hesabını sındırıb

  • 16 iyul, 2020 09:51
Hakerlər İlon Mask, Bill Geyts və Ceff Bezosun

Hakerlər iş adamları İlon Mask, Bill Geyts və Ceff Bezosun "Twitter" hesabını sındırıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, həmin hesablarda izləyicilərə göstərilən hesaba bitcoin köçürməklə bağlı təklifin əks olunduğu məlumat yerləşdirilib.

Qeyd edilir ki, hakerlər tanınmışların adından yaxın vaxtda ediləcəyi təqdirdə köçürülən məbləği iki dəfə artıracaqlarını söz veriblər. Haker hücumuna həmçinin "Apple" və "Uber"in rəsmi "Twitter" səhifələri, Maykl Blumberq, Co Bayden, Uorren Baffett və Barak Obamanın hesabı məruz qalıb.