Hakerlər fırıldaqla 1 milyon dolları ələ keçirib

  • 6 Dekabr, 2019 16:14
Hakerlər fırıldaqla 1 milyon dolları ələ keçirib

Kibercinayətkarlar iki şirkətin əməkdaşlarının yazışmalarını saxtalaşdıraraq külli miqdarda vəsaiti mənimsəyiblər.

"Finans.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, dələduzlar e-poçt yazışmalarına müdaxilə edərək tərəflərə saxta məktublar yollayıblar. Nəticədə Şanxayda baş tutmalı olan görüşü ləğv etdirməyə müvəffəq olublar.

Beləcə, İsrail və Çin şirkətləri arasında olan sövdələşməyə görə transfert olunan 1 milyon dollar Çin şirkətinin hesabından çıxsa da, İsraildəki tərəfdaş şirkət bu vəsaiti ala bilməyib.

Xatırladaq ki, başqa bir fırıldağa əl atan Lazarus qrupundan olan kibercinayətkarlar da daha öncə MacOS cihazlarının müdafiəsini yara bilmişdilər. Onların istifadə etdiyi tətbiq anti-virus proqramını aldatmışdı.

Coşqun Əli