Hakerlər AYİB-in “Twitter” hesablarını sındırıb

  • 29 İyul, 2020 16:18
Hakerlər AYİB-in “Twitter” hesablarını sındırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iki “Twitter” hesabı hakerlər tərəfindən sındırılıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, @EBRD@EBRDgreen hesabları 4 saat ərzində hakerlərin nəzarətində olub.

Xatırladaq ki, iyulun ortalarında 130 tanınmış adamın (İlon Mask, Bill Geyts, Ceff Bezos, Maykl Blumberq, Co Bayden, Uorren Baffett, Barak Obama) və şirkətin ("Apple", "Uber") “Twitter” hesabları hakerlər tərəfindən sındırılıb.